Qar bu yolda avtomobillərin hərəkətində çətinliklər yaratdı – FOTOLAR/VİDEO

1480

Şamaxı-Qızmeydan avtomobil yolunda güclü qar səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bu gün səhər saatlarından etibarən yağan güclü qar yolun, əsasən, 1, 8, 11, 12 kilometrliklərində problemlər yaradıb.

Şosenin 9 km-də nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb, yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb.

Yolun qardan təmizlənməsi üçün Azərbaycan Avtomobil Dövlət Yolları Agentliyinin 8 saylı Məhdud Məsuliyyətli Cəmiyyətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Yol qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. (report)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər