Qara Mustafayev vəfat etdi

3257

Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri Qara Mustafayev vəfat edib.
AzVision.az xəbər verir ki, Qara Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışıb.

1992-ci ildən “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri olub. Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və “Şöhrət Ordeni”nə layiq görülüb. Ailəlidir, 3 övladı, 7 nəvəsi var.

Allah Rəhmət eləsin!

***

Qara Mustafayev Sumqayıtda Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri yaxından tanış olmaq üçün Sumqayıt şəhərində olmuşdu. Buradakı yaşıllığı yüksək qiymətləndirmişdi. sumqayitxeber.com həmin səfərdən fotoları təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər