"Qarabağ" - "Arsenal" matçının biletlərini Sumqayıtda bu ünvandan ala bilərsiniz

1080
Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib.

“Qarabağ” klubunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır.

Sumqayıtlı fanatlar biletləri Sumqayıt şəhəri “ASAN Xidmət” mərkəzinin kassasından əldə edə bilərlər.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı saat 20:55-də start götürəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər