“Qarabağ” “Şerif”ə qarşı

1351

u gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” səfərdə Moldovanın “Şerif” klubunun qonağı olacaq.

Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, “Şerif” isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avropa Liqasına düşüb.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

23 avqust
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu


21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Harald Lexner
Yan xətt hakimləri: Andreas Heydenreix, Maksimilian Kolbitş
Dördüncü hakim: Yulian Vaynberqer (hamısı Avstriya)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Teyvo Holapaynen (Finlandiya)
Tiraspol, “Şerif stadium”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər