“Qəbələ” Sumqayıta necə gəlir? – YENİLƏNİB

875

Əvəzedicilərin oyunu isə başa çatdı, qonaqlar Sumqayıtı 3 xalla tərk edir

“Qəbələ” Premyer Liqanın XVI turu çərçivəsində dekabrın 8-i səfərdə baş tutacaq “Sumqayıt”la matçın hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, heyətində zədəli və cəzalı futbolçu olmayan komandanın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. “Qəbələ” sabah səhər məşqinin ardından paytaxta yollanacaq. Millinin düşərgəsində olan Rövşən Əmiraslanov və Ürfan Abbasov komandaya Bakıda qoşulacaq. “Qəbələ” “Sumqayıt” matçı öncəsi son məşqini paytaxtda keçirəcək.

“Sumqayıt” FK-dan “sumqayitxeber.com”-a verilən məlumata görə, qarşılaşma saat 14:00-da Bayıl Arenada keçiriləcək.

Əvəzedicilər isə bu gün -“Qəbələ”ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edir. 14.00-da başlayan görüş hazırda davam edir. Birinci hissədən sonra hesab 0:0-dır…
***
Əvəzedici komandaların oyunu sona çatıb.  Qonaqlar qalib gəliblər: 1-2

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər