Qəzada ölən Sumqayıt sakini Eldar Sultanovun bacısı oğludur

556

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən sumqayitxeber.com -a verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadovidarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.
Xeberle.com-un sumqayitxebere istinadən əldə etdiyi məlumata görə mərhum Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yaşayıb. Ötən il ailə quran Ramil Əliyevin 2 aylıq körpəsi var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər