Qiymətlər fantastik olsa da… – Yer yoxdur

1392

Yeni ilin gəlişinə vaxt azaldıqca, ölkədə yerləşən otel və restoranlarda qiymətlər də əksinə artmağa başlayır. Hər il müşahidə etdiyimiz bu tendensiya özünü bu il də doğrultdu. Hətta bu dəfə qiymətlərin nisbətən daha yüksək olduğunu desək yanılmarıq. 

Bütün bunlara baxmayaraq, ölkənin aparıcı otel və restoranın artıq bir çoxunda yerlər tamam tutulub.

“Qafqazinfo” olaraq əvvəlcə onlayn otel rezervasiya mərkəzi olan “Booking.com” vasitəsilə paytaxtda və bölgələrdə yerləşən bir neçə oteldə 31 dekabr gecəsi üçün boş yer axtarırıq. 

Məlum olur ki, Şamaxıda yerləşən 5 ulduzlu “Sakit Gol – Silent Lake Hotel”,  5 ulduzlu “Hilton Baku” , 4 ulduzlu “Qafqaz Karvansaray Hotel” , 5 ulduzlu “Qafqaz Resort Hotel”də artıq bu tarix üçün boş otaq qalmayıb.

5 ulduzlu “Quba Palace Hotel”də isə sadəcə 1220 manata təklif olunan Delux iki nəfərlik otaq qalıb.

Otelin rəsmi saytında 31 Dekabr Yeni İl Şənliyi daxil olmaqla otaq qiymətlərinə nəzər salırıq:

Dağ Mənzərəli Delux Otaq – 1699 AZN

Göl Mənzərəli Delux Otaq – 1799 AZN

“Junior Suite” Otağı – 1899 AZN

Bal Ayı Otağı – 1999 AZN

“Family Suite” Otağı – 2399 AZN

“Manna” Villası – 2199 AZN

“Midiya” Villası – 4199 AZN

“Urmiya” Villası – 5199 AZN

“Atropatena” Villası – 5199 AZN

“Presidential Suite” Otağı – 11999 AZN

Bundan başqa, otel 31 Dekabr – 1 Yanvar tarixlərində  12 yaşdan yuxarı şəxslər üçün hər gecə əlavə yataq və Şam yeməyini 300 AZN-  təşkil edir.

Paytaxtda və bölgələrdə yerləşən bəzi məşhur otellərdə isə qiymətlər aşağıdakı kimi dəyişir:

“Fairmont Baku, Flame Towers”:

“Fairmont Gold King” – şəhər mənzərəli otaq 637 manat, dəniz mənzərəli isə 814 manat

“Caspian Süit” –  2525 manat

5 ulduzlu “Dinamo Hotel Baku”:

5 ulduzlu “JW Marriott Absheron Baku Hotel”: 

İki nəfərlik otaqlar 560-867 manat arasında dəyişir.

Tək nəfərlik otaqların qiyməti 407 və 947 manat arasında dəyişir.

5 ulduzlu “Qafqaz Tufandag Mountain Resort Hotel”:

Oteldə sadəcə 1804 manatlıq iki yataq otaqlı villa qalıb.

5 ulduzlu “Qafqaz Riverside Resort Hotel”:

“King Süit” – iki nəfərlik otağın qiyməti  1846 manat.

5 ulduzlu “QALAALTI HOTEL&SPA”: 

31 dekabr və 2 yanvar aralığında 2 nəfər üçün  təklif etdiyi yeni il paketləri – Superior otaq (əsas binada) 1080 Azn, Superior otaq (köməkçi binada) 980 Azn

Qiymətə 2 gecə oteldə oteldə gecələmə, gündə 3 dəfə yemək və yeni il proqramı daxildir.

“Qafqaz Resort Hotel”:

 

31 dekabr və 2 yanvar tarixləri üçün iki nəfərlik Yeni il paketinin qiyməti 795 manatdır. Buraya səhər yeməyi və 31 dekabr gecəsi üçün nəzərdə tutulmuş şou proqram daxildir.

Şəki şəhərində yerləşən Marxal Resort & Spa rəsmi hesabında yeni il (30.12.18 – 02.01.19) 2 və ya 3 gecəlik paket təkliflərimiz artıq bitdiyini qeyd edib. Lakin otel müştərilərə mövcud otaqlara uyğun yeni “YENİ İL” təkliflərimizi təqdim edir.

Maraqlandığımız zaman bildirildi ki, 31 dekabr – 2 yanvar tarixlərində təklif olunan paket gündə üç dəfə qidalanma və şou proqram daxil olmaqla 1290 manata təklif olunur.

Qax rayonunda yerləşən 5 ulduzlu “EL Resort” 2 və 3 gecəlik yeni il paketləri təqdim edir. Belə ki, 2 gecəlik paketin qiyməti 1050 manat, 3 gecəlik paketin qiyməti isə 1350 manat nəzərdə tutulub. Bu qiymətə gündə 3 dəfə qidalanma və şou-proqram daxildir.

Tovuz rayonunda yerləşən 5 ulduzlu “Ayan Palace Hotel” şou proqram üçün qiymətləri 100 manat təklif edir. Oteldə bir gecə qalmaq isə 2 nəfər üçün 440 manata başa gələcək.

Yeni il gecəsini hər hansı bir oteldə yox, paytaxt restoranlarından birində qarşılamaq istəyirsinizsə, onda bir qədər tələsməyiniz məsləhətlidir. Çünki şou proqram təklif edən məkanların çoxunda artıq kollektiv üçün yer məhdudiyyətləri var. 

Qiymətlər isə elə də əlçatan olmasa da, ailə üzvlərinin yaşına görə dəyişir. Əksər restoranlarda  6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur. Bir sıra restoranlarda isə 6-12 yaş arası uşaqların bileti 50 faiz endirimlə təklif olunur. Konkret restoran adlarını qeyd etsək, “Oazis” şadlıq sarayında  qonaqların səhnəyə yaxın olmasına görə qiymət 100-150 manat arasında dəyişir. “Neolit” şadlıq sarayında 1 nəfər üçün qiymət 150 manatdır. “Ay işığı” restoranında da qiymətlər səhnəyə yaxın və uzaq olmasına görə 100-300 manat arasında dəyişir.

Digər restoranlarda bir nəfərlik stol qiymətləri isə belədir:

“Niaqara” restoranı: 150-200 manat

“Şuşa” restoranı 60 manat

“Qızıl Qaya” restoranı 70 manat

“Gənclik saray” 70 manat

“Rich Palace” 70 manat

“Xəmsə saray” 60-80-100 arasında dəyişir

“Monte Karlo” 80-100

“Grand Neon” 250-400 manat

“Flamingo Plazzo” 150-200-250 manat

“Cıdır düzü”ndə isə 100 manat

Ümumi qiymətlərə nəzər saldıqda deyə bilərik ki, Yeni il axşamı bir ailənin məşhur restoranlardan birində bayram şənliyini qeyd etməsi ən azı 300 manata başa gələcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər