Qızına Qızlar günü “hədiyyəsi”: ər arvadını nə üçün öldürdü? -DƏHŞƏTİ QƏTLİN SƏBƏBİ(VİDEO)

1371
Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzində törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.
Orada tibb bacısı işləyən Könül Bəhmən qızı Bəhrəmlini keçmiş əri qızını ona göstərmədiyi üçün öldürüb. Hadisə şahidləri isə Könülü ərinin dediyi xarakterə sahib insan kimi tanımadıqlarını bildirir: “Yaxşı qız idi, ağıllı qız idi. Mehriban uşaq idi. Mən təsadüfən suyun başında idim. Gördüm qıza yaxınlaşır, bir az ləngidim ki, dava edərlərsə, ayırım”.Həmin vaxt Könülə dəstək olmaq üçün rəfiqəsi yanına gəlib. Bu vaxt Namiq cibindən çıxardığı bıçaqla keçmiş həyat yoldaşına zərbələr endirib. Könülün çalışdığı tibb ocağına gələn Namiq əvvəlcə onunla söhbət etmək istədiyini deyib. Onu öldürdükdən sonra qaçan şəxs daha sonra saxlanılıb. Birinci sinfə bu il gedən balaca qız Qızlar günündə ömürlük anasız qaldı.
Faktla bağlı cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər