Qızının qatili olan ata: “Öz həyatımı yaşayıram” dedi, öldürdüm

1549

Bakının Yasamal rayonunda qızını öldürən ata Yasamal rayon Məhkəməsində ifadə verib.

Oxu.Az-ın məlumatına görə, 57 yaşlı İlqar Qurbanov ifadəsi zamanı qızı Aysel Məmmədlini namus üstündə öldürdüyünü etiraf edib:

“Ayselin paytaxtda yüngül həyat tərzi keçirməsi, əxlaqsızlıq etməsi barədə kənddə söz-söhbət dolaşırdı. Bakıya gəldim və metronun “20 Yanvar” stansiyasının yaxınlığında onunla görüşdüm. Ondan kənddə gəzən söz-söhbəti soruşanda deyilənləri inkar etdi.

Daha sonra öz həyatını yaşadığını, heç kimin onun şəxsi həyatına qarışa bilməyəcəyini söylədi. Ayselin bu sözünə görə hirsləndim və üstümdə olan bıçaqla əvvəlcə boğaz nahiyəsinə, daha sonra qarın boşluğuna xəsarətlər yetirdim”.

Qeyd edək ki, iyulun 24-də Yasamal rayonunda ata 27 yaşlı qızı Aysel Məmmədlini qısqanclıq zəminində qətlə yetirib.

İstintaq orqanı tərəfindən İlqar Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam etdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər