Qocalar evinə qəbul olunmadığından şikayət edən şəxs dövlət himayəsinə götürülüb

3352

“Övladları tərəfindən evindən qovulan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (Qocalar evi) yerləşdirilib”.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.

O bildirib ki, son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan videoda Y.Quliyev Qocalar Evinə qəbul edilmədiyini desə də, onun həmin müəssisəyə heç müraciət etmədiyi müəyyən olunub: “Nazirlik əməkdaşları həmin videodan sonra Yaşar Quliyevin olduğu yeri taparaq, onu Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hər bir şəraiti, məişət avadanlığı olan otaqla təmin ediblər. Bundan sonra o, burada tam dövlət himayəsində rahat şəraitdə yaşayacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər