Qoşa “y” samitinin birinin düşməsi ilə bağlı Komissiya QƏRAR VERDİ

1019
“Orfoqrafiya lüğəti layihəsinin müzakirəsi zamanı qoşa “y” samitinin birinin düşməsi ilə bağlı maddənin əleyhinə 137, lehinə 52 səs verilib”.
Unikal.org “Report”a istinadən xəbər verir ki, bunu Orfoqrafiya Komissiyasının bugünkü iclasında Milli Məclisin Elm və təhsil komitəsinin bugün keçirilən iclasında komitə sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, cəmiyyət və ziyalılar bu maddənin müzakirəsi zamanı iki cəbhəyə bölünüb: “Bizim üçün əsas birlik və həmrəylikdir. Orfoqrafiya komissiyasının İşçi qrupu müzakirə prosesində çox diqqətli olmağa çalışıb. Statistik məlumat son dərəcə obyektivdir. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparıldı. İctimaiyyət öz fikrini bölüşdü. Son qərar ictimai rəyə əsaslanacaq”.
O qeyd edib ki, 31-ci maddənin lehinə 68, əleyhinə 14 səs, 33-cü maddənin lehinə 77, əleyhinə 8 səs, 40-cı maddənin lehinə 17, əleyhinə 2 səs verilib. 67-ci maddənin lehinə 16, əleyhinə 111 səs verilib.
Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.
Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılacaq: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s.
Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.
Roma rəqəmlərindən sonra şəkilçi yazılmayacaq: beşinci – V, onuncu – X və s.
Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər