Qoşqar Təhməzli Sumqayıtda sahibkarlarla görüşüb

1079

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə iyunun 30-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin inzibati binasında qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Görüşdə Prezident İlham Əliyevin Qida Təhlükəsizliyi Agentliyinin qarşısında müəyyən etdiyi vəzifələrdən, əhalinin sağlam qida məhsulları ilə təmin edilməsi istiqamətinə qəbul olunan Dövlət proqramlarından və ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışan Agentlik sədri bildirilib ki, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması sahibkarlığın inkişafına təkan verməkdədir.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstəyin  göstəriləcəyini bildirən Q. Təhməzli agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara fəaliyyətlərini təkmilləşdirərək müasir standartlara uyğun, peşəkar səviyyədə həyata keçirmələri üçün lazım olan bütün köməkliklərin göstəriləcəyini, mütəmadi olaraq onlara metodiki tövsiyyələrin veriləcəyini diqqətə çatdırıb.

Görüşdə eyni zamanda, sahibkarlıq subyektlərində həyata keçirilən monitorinqlər haqqında  məlumat verilib və xatırladılıb ki, iyulun 2-dən etibarən qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılmasına başlanılacaq.

Sonda qida sahəsində fəaliyyət göstərən yerli sahibkarlar onları narahat edən məsələlər barədə məlumat verib, öz fikir və təkliflərini diqqətə çatdırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər