Qoşqar Təhməzli Sumqayıtda sınaq laboratoriyasının fəaliyyəti ilə tanış olub

2020

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 31–də Sumqayıt şəhərində yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına baxış keçirib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindəm məlumat verilib.

Agentliyin sədri laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olub. Sınaq laboratoriyasında iş prosesi ilə tanışlıqdan sonra Q.Təhməzli aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması və bununla bağlı olaraq vahid elektron bazanın yaradılmasının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli Sərəncamına əsasən, ləğv edilmiş Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Sumqayıt şəhərində yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər