Qubadlı seçiciləri ilə növbəti görüş keçirildi – FOTOLAR

1749
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı 11 aprel 2018-ci il tarixində keçirləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev Allahverdi Haxverdiyev  Qubadlıların  seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib. O, seçiciləri bu mühüm siyasi kampaniyada fəal iştirak etməyə və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov YAP-ın namizədi və xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın qazandığınailiyyətlər barədə geniş məlumat verib.

Digər çıxışlarda da vurğulanıb ki, Qubadlı rayon  sakinləri həmişə dövlətə, dövlətçiliyə və Prezidentimiz cənab İlham Əliyevə öz sədaqətləri ilə seçiliblər və seçki günü hamı bir nəfər kimi seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər