“Qurbağa öpüşü” təqdim ediləcək – Ceylan Mumoğludan yeni kitab

906
Sentyabrın 23-də, saat 14:00-dan 16:00-dək “BookZone” Kitab evində Parafraz Nəşrləri-nin ilk kitabı olan yazıçı Ceylan Mumoğlunun “Qurbağa öpüşü” hekayələr toplusunun təqdimatı olacaq.
Parafraz-ın məlumatına görə, topluda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayənin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır.
Daha çox hislərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə vurulur.
 
Ünvan: Bəxtiyar Vahabzadə 5, Bakı Dövlət Universiteti ilə üzbəüz, “Expressbank” olan binanın 3 mərtəbəsi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər