Qurban Qurbanov: Bu, hamının başına gəlir

232

Avroliqanın qrup mərhələsinin III turunda “Qarabağ” “Vorskla”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanovoyundan sonra fikirlərini bildirib:

– Çox üzgünük. Qalib gəlmək üçün hər şeyi etdik. Rəqib müdafiədə çox yaxşı oynadı. Hər şeyə rəğmən kifayət qədər imkanımız olsa da, istifadə edə bilmədik. Rəqibin qapıya bir zərbəsi oldu. O da qolla nəticələndi. Təəssüf ki, istədiyimiz oyunu oynaya bilmədik. Futbolçularımın üzərinə çox da gediləsi deyil. Qrafikimiz çox sıxdı. Artıq növbəti oyunlara hazırlaşırıq.

– Neçənci oyundur ki, artıq komandada həlledici anlarda çatışmazlıq olur. Bunu nə ilə əlaqələndirirsiniz ? 

– Müxtəlif səbəblər ola bilər. Oyunçularda yorğunluğu da, ustalıq səviyyəsini də səbəb kimi göstərmək olar. Dünən “Atletiko”nun məğlub olduğu oyuna baxsaq, onlar da kifayət qədər imkan yarada bildilər. Ancaq istifadə edə bilmədilər. Futbolda bəzən bu cür hallar olur. Hiss olunur ki, üzərimizdə daha çox çalışmalıyıq. Bu, hamının başına gəlir. Böyük klubların da, bizim də.

– Qol anında qapıçının səhvi çox idi yoxsa, müdafiəçilərin? 

– Qapıçının səhvi var idi. Məsafə çox uzaq idi. Belə topları qapıçılar rahatlıqla götürməlidirlər. Müdafiədə də müəyyən səhvlər ola bilər. Ancaq qol epizodunda məhz qapıçı səhvi var idi. Lakin belə halları ilk dəfə görmürük. Futbolda belə hallar çox olur. Bu gün də təəssüf ki, bizim başımıza gəldi. Hər şeyə rəğmən mən onlara güvənirəm. Mən futbolçularımın yanındayam.

– Hanes Haldoursonu yenidən “Qarabağ”ın qapısında görəcəyik? 

– Qapıçı mövqeyi ən ağır mövqedir. Onu çox tez-tez dəyişmək də olmur. Bu günə qədər hər qapıçıya şans veririk. Ola bilər ki, yenə dəyişiklik olsun. Ancaq bu gün Vaqneri məsləhət bilmişdik.

– Əvəzetmələr etimadınızı doğrultdu ? 

– Bizim oyunumuz Donald Qerye ilə Maksim Medvedevin üzərində qurulmuşdu. Hər kəsi müəyən dəqiqələrdə rəqib qapısına yaxın görə bilirdik. Bunu da rəqibin oyununa görə etmişdik. Nəticə dəyişməyibsə, demək onlar da özlərini doğrultmayıblar. Qaçan epizodları görəndə insan çox təsirlənir. Bütün oyunçularım özlərini yaxşı tərəfdən göstərməyə çalışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər