RƏSMİLƏR: Qadağalara əməl etməyənlər CƏZALANDIRILACAQLAR

784

Bakıda polis koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə ictimai yerlərdə, küçələrdə, parklarda və bulvarda qabaqlayıcı profilaktiki tədbirlərini davam etdirir.
Metbuat.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq polis tərəfindən onlar müəyyən olunduqda yaşadıqları ünvana qaytarılması təmin olunacaq: “Bu istiqamətdə polis naryadlarına müvafiq tapşırıq və göstərişlər verilib.
“Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.Tövsiyələrə uyğun olaraq həmin vətəndaşların toplaşdıqları yerdən uzaqlaşdırılması təmin olunur. Yalnız bir halda, qadağalara əməl olunmadıqda qanunvericiliyə uyğun sərt tədbir görüləcək.”

TƏBİB-in şöbə müdiri Yaqut Qarayevada insanları evdə qalmağa çağırıb.
“Bizdə yaşlı vətəndaşlar küçələrdə, parklarda gəzirlər. Bizim gördüyümüz tədbirlərə, qadağalara əməl etmirlər, hətta aqressiv yanaşırlar. Vətəndaşlar qətiyyən bu hadisənin ciddiliyini qəbul etmək istəmirlər. Çox böyük diqqətsizlik, məsuliyyətsizlik var. 60 yaş üstü vətəndaşlar bu xəstəliyi çox ağır formada keçirəcəklər. İtaliyada baş verən hadisələr gözümüzün qabağındadır.

Əvvəllər istiliyin artması nəticəsində virusun zəifləyəcəyi güman olunurdu. Artıq bunun pandemiyaya çevrilməsi, bütün dünyaya yayılması o deməkdir ki, buna ümid ola bilmərik. Bu gün planetin cənub yarımkürəsində, məsələn, ərəb ölkələrində hava yay temperaturuna uyğun normada olsa da, orada da virusun yayılması baş verir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər