Rafael Ağayev finalda uduzdu

2826

Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa turnirinin Berlin mərhələsi başa çatıb.

Oxu.Az xəbər verir ki, nüfuzlu turnirin son yarış günü milli komandamızın üzvləri dörd medal uğrunda mübarizə aparıb.

Final görüşlərində Rafael Ağayev (75 kq) Yusey Sakiyama (Yaponiya) ilə, İrina Zaretska (68 kq) isə Eda Eltemurla (Türkiyə) qarşılaşıb. Hər iki idmançımız rəqibinə üç xal fərqi ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Belə ki, “Brilyant oğlan” 3:6, ukraynalı legionerimiz isə 4:7 hesabı ilə uduzub.

Bürünc medal matçlarında isə Firdovsi Fərzəliyev (60 kq) Qeysərr Alpisbayla (Qazaxıstan), Şahin Atamov (+84 kq) Yonatan Hörne (Almaniya) ilə görüşüb. Firdovsi 2:0 qalib gələrək bürünc medala sahib çıxıb. Şahin isə hakimlərin yerli idmançıya qarşı simpatiyası nəticəsində 0:7 hesabı ilə uduzub.

Beləliklə, 15 idmançımızın qatıldığı Premyer Liqa yarışından millimiz üç medalla (iki gümüş və bir bürünc) qayıdır. Xatırladaq ki, bu yarış Tokio-2020-yə ilk lisenziya balları verirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər