Ramiz Məmmədov Fəxri Fərmanla təltif olundu – FOTO

1006
Sumqayıt şəhər “Lift – Servis” Birliyinin Baş mühəndisi Ramiz Mirzə oğlu Məmmədov 70 illik yubileyi münasibəti ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə fəxri fərmanla təltif olunub.
Fəxri fərman yubilyara təqdim olunub.
Qeyd edək ki, Ramiz Məmmədov 24 yanvar 1951 – ci ildə Sumqayıt şəhərində anadan olub. Onun uşaqlığı, gəncliyi və əmək fəaliyyəti  “Gənclik şəhəri”  ilə bağlıdır.
O, əmək fəaliyyətinə 1968 – ci ildə “Küçə işıqları” idarəsində elektrik montyoru kimi başlayıb. On dörd il bu idarədə çalışaraq, rəis vəzifəsinədək yüksəlib.
1988 – ci ildən onun taleyi lift təsərrüfatı ilə bağlı olub. 1989 – cu ildə “Lift –Servis” Birliyinə sahə rəisi vəzifəsinə qəbul olunub. .1994 – cü ildən isə Birliyin Baş mühəndisi vəzifəsini daşıyır.
O, işlədiyi sahələrdə üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirərək, kollektivlərdə layiq olduğu hörməti qazanıb. Şəhərin lift təsərrüfatında  əldə olunmuş nailiyyətlərdə, onun təcrübəli mütəxəssis kimi səmərəli fəaliyyəti danılmazdır.
Şəhərin və Birliyin ictimai həyatında R. Məmmədov daim fəallıq göstərib, bütün ictimai və mədəni təşkilati məsələlərdə, quruculuq işlərində yaxından iştirak edib. 10 il ərzində Corat qəsəbə Bələdiyyəsinin üzvü kimi fəaliyyət göstərib, qəsəbənin abadlıq-quruculuq işlərində fəal iştirak edərək, sakinlərin hörmətini qazanıb.
Hazırda Birliyin Həmkarlar İttifaqı Komitəsinin üzvüdür. Sumqayıt şəhər İcra Hakimiyyəti və Həmkarlar İttifaqı Respublika Komitəsi Ramiz Məmmədovun əməyini yüksək qiymətləndirib, ”Fəxri Fərman”lar ilə mükafatlandırılıb.
R.  Məmmədovun 4 övladı, 4 nəvəsi vardır.
Onu, yubileyi ilə əlaqədar ürəkdən təbrik edir, uzun, sağlam həyat və gələcək fəaliyyətində  uğurlar arzulayırıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər