Rektor Sumqayıt Bulvarında – FOTOLAR

624

İyulun 15-də Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti ilə yerindəcə tanış olmaq üçün Sumqayıta gəlib. 
Qonaq öncə Sumqayıtın dәnizkәnarı bulvarında aparılan abadlıq, quruculuq, tikinti və yaşıllaşdırma işləri ilə tanış olmuşdur. ”Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ölkə başçısının diqqət və qayğısı sayəsində şəhərdə həyata keçirilən möntəşəm layihələr haqqında qonağa geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, az bir vaxt ərzində ümumi sahәsi 106 hektarolan әrazidә 4,2 kilometr uzunluğunda istinad divarı çәkilmiş vә bulvarın 1000 metrlik hissәsindә isə işlәr tamamlanmaq üzrәdir. Şәhәr sakinlәrinin piyada gәzintisi, həşçinin kiçikölçülü gәzinti avtobusları vә velosiped idmanı ilә mәşğul olmaq istәyәnlәr üçün dә eni üç metr olan xüsusi hәrәkәt zolağı salınır. Bununla yanaşı, bulvarda istirahәt obyektlәri, atraksionlar, ticarәt vә uşaqlar üçün әylәncә mәrkәzlәri, müasir tipli otellәr, kinoklub, idman infrastrukturu vә çoxmәrtәbәli yaşayış binaları inşa edilәcәk, çimәrlik zonasında әsaslı işlәr görülәrәk sakinlәrin istifadәsinә verilәcәkdir. Sahil hissәdә estakadalar qurulacaq vә gәzinti gәmilәrinin hәrәkәti tәmin olunacaqdır. Qonağa həmçinin şəhərin müxtəlif yerlərində aparılan tikinti-quruculuq işləri haqqında da ətraflı məlumat verilmişdir.
Sonra BANM-nin rektoru Elmar Qasımov “Azərikimya” İB-nin rəhbərliyi ilə birlikdə Etilen-polietilen zavoduna yola düşmüşdür. Zavodun istehsalat sahələri ilə yaxından tanış olan rektor, istehsalat təcrübəsində olan tələbələrlə görüşmüş, onların ilkin təəssüratlarını dinləmiş və geniş fikir mübadiləsi aparmışdır.
Qeyd edək ki, ötən il Bakı Ali Neft Məktəbi ilə ”Azərikimya” İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə ”Azərikimya” İB-in mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələrin təqdim edilməsi, neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminar və konfransların təşkil olunması, habelə İB-nin əməkdaşları tərəfindən mütəxəssis hazırlığı və elmi fəaliyyətlə bağlı hazırlanmış layihələrə ekspert rəylərinin verilməsi, tələbələrin kimya sənayesi və seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərinin artırılması, nəzəri biliklərin təcrübədə daha da zənginləşdirilməsi və s. məsələlər öz əksini tapıb.
Xatırladaq ki, ötən il BANM-nin “Kimya mühəndisliyi” ixtisası üzrə 42 nəfər II və III kurs tələbəsi yay istehsalat təcrübəsi müddətində ”Azərikimya” İB-in Etılen-polietilen zavodunun müxtəlif istehsalatlarında yay təcrübəsi keçmişdir. Bu il bu ali təhsil ocağından yay istehsalat təcrübəsinə gələnlərin sayı 62 nəfərdir ki, onlardan da 5-i burada təcrübələrini tamamladıqdan sonra Türkiyənin energetika sektorunda mühüm yer tutan “Petkim Petrokimya Holding A.Ş.”-də təcrübələrini davam etdirəcəklər.
BANM-in rektoru Elmar Qasımov səmimi qəbula və tələbələrə göstərilən diqqət və qayğıya görə «Azərikimya»nın rəhbərliyinə minnətdarlığınıbildirmiş, aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr və bu qarşılıqlı faydalı əməkdaşlığın həm ali təhsil ocaqlarına, həm də kimya sənayesinə böyük töhfələr verə biəcəyini dilə gətirmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər