Nəbi Nəbiyev dünyasını dəyişdi

3544

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin atası Nəbi Nəbiyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, N.Nəbiyev uzun illər məsul vəzifələrdə çalışıb. O, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Sumqayıt Qaz İstismar İdarəsinin rəisi olub.

Mərhumun yaxın saatlarda dəfn olunacağı bildirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər