Rusiyada 64 nəfərin öldüyü yanğının başlama anı – Video

1700

Xəbər verdiyimiz kimi, Rusiyanın Kemerov vilayətində əyləncə mərkəzində baş vermiş yanğında 41 uşaq olmaqla 64 nəfər ölüb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, yanğının başlama anına aid video yayılıb.

Təhlükəsizlik kamerasında lentə alınan görüntülərdə görünür ki, yanğın bir neçə saniyə içində ətrafı bürüyüb. Qatı duman səbəbindən çarəsiz qalan insanlar əyləncə mərkəzinin içində köməksiz qalıblar.

Yanğın ən üst mərtəbədə başladığı üçün aşağı mərtəbədəkilər tez çölə qaçmağa bacarıblar. Yanğın baş verdiyi mərtəbədə kino zalları və əyləncə atraksionları yer aldığı üçün orada uşaqlar daha çox olub. İtkinin də məhz buna görə çox olduğu bildirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər