Rusiyada “Lotu Quli” qorxusu: polis gücləndirilmiş rejimə keçir

996

Azərbaycanlı qanuni oğru “Lotu Quli” ləqəbli Nadir Səlifovun adamları Rusiyada arzuolunmaz şəxslərə çevrilir.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Uralda azərbaycanlı avtoritetin dəstəsi “vəziyyət”i nəzarətə götürmək üzrədir.

Həmçinin Uralda, konkret olaraq Sverdlovsk əyalətində “Lotu Quli”nin adamları xüsusi biznes məkanlarında və bazarların böyük qismində çirkli pulların toplanmasına nəzarət edirlər.

Rusiya hüquq mühafizə orqanları güman edirlər ki, yaxın gələcəkdə Uralda kriminal qruplaşmalar arasında yeni müharibə olacaq. Bu səbəbdən hazırda Sverdlovskda polis xüsusi rejimdə çalışacaq. Həmin əyalətə yeni polis rəisi təyin edilir.

Regionun hüquq- mühafizə orqanları açıq bildiriblər ki, onlar üçün ən böyük təhlükə Azərbaycandan olan kriminal qüvvələrdir.

Qeyd edək ki, Rusiyada “Lotu Quli” ilə bağlı axtarış elan edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər