Rusiyada qəzada – 6 Azərbaycan vətəndaşı öldü+ Video+ Yenilənib

1378

Rusiyanın Stavropol diyarının Koçubeevski rayonunda “Mercedes Vito” markalı miniven “ZİL” markalı yük avtomobili ilə toqquşub. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, nəticədə 6 Azərbaycan vətəndaşı ölüb, 5 nəfər isə xəsarət alıb. 

4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, hadisə səhər saat 5 radələrində baş verib. Minivenin içərisində 8 Azərbaycan vətəndaşı olub. Sərnişinlər Azərbaycandan Moskvaya gedirmiş.

Qəzanın səbəbləri araşdırılır.

***

Rusiya DİN-in Stavrapol vilayəti üzrə Yol Hərəkətinin Təhlükəsizliyi Baş İdarəsinin rəisi, polkovnik Aleksey Safonov “İnterfaks”a bildirib ki, qəza Krasnodarsk diyarından hərəkətə keçən “ZİL”in sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən olub.

***

Təcili Yardım Xidmətinin əməkdaşı “TASS” agentliyinə bildirib ki, hazırda Nevinnomsk xəstəxanasına 4 nəfər yerləşdirilib. Onlardan biri Krasnodarsk sakini, daha iki nəfər isə Azərbaycan vətəndaşıdır.

Dördüncü yaralı isə ağır vəziyyətdədir, onun kimliyi müəyyənləşdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər