ŞƏHƏRİMİZDƏ ROK KONSERTİ KEÇİRİLDİ

778

Sumqayıt şəhərində “sumqayitxeber.com”, “Park” restoranının təşkilatçılığı və Sumqayıt şəhər Gənclər və İdman idarəsinin dəstəyi ilə rok konsert keçirilib.

“Eurovision-2011” seçim turunun iştirakçıları Ramin Quliyev və Altun Zeynalovun iştirak etdiyi Rok konserti açıq səma altında  təşkil olunub. 2 saatdan artıq davam edən konsert gənclərin alqışları ilə müşayiət olunub. Tədbirin təşkilatçılarından olan Eyvaz Qocayev bildirib ki, məqsəd gəncləri bir araya gətirərək istirahətini təmin etməkdir: “Bu məqsədlə müxtəlif aksiyalar təşkil edirik. Növbəti tədbirimiz də rokla bağlı oldu. Düşünürük ki, gənclər üçün şərait yaradılmalıdır ki, onlar zərərli vərdişlərdən uzaq olsunlar. Bu cür konsertlər və mədəni kütləvi aksiyalar nəzrədə tutulub və yaxın gələcəkdə bunlar reallaşacaq.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Cavid
    May 24, 2011 - 08:49

    Bele rok konsertler olanda, ve ya bunun kimi tedbirler olanda saytda ayrica bolmede, Ana sehifede yerlewdirin. Bele tedbirleri yalniz, olub bitenden sonra xeber tuturuq.Oxudugunuz ucun tewekkur.

  • Murad
    İyul 12, 2011 - 22:39

    salam bu konsertden video goruntuler var haradasa?baxmaq isterdim

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər