Saatlıda qətl – Qayınanasını öldürüb, arvadını yaraladı

1242

Saatlı rayonunda qətl hadisəsi baş verib.

“Report”un məlumatına görə, Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib.

O, həmçinin 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər