Sabah SDU-da növbəti beynəlxalq elmi konfrans keçiriləcək

634

Sumqayıt Dövlət Universitetində (SDU) bu ali məktəbin yaranmasının 50 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər davam edir. Bu həftə, sentyabrın 28-də Sumqayıt Dövlət Universitetində növbəti beynəlxalq elmi konfrans keçiriləcək.

İnnovasiya yönümlü inkişafın sosial-iqtisadi problemləri mövzusunda keçiriləcək konfransın plenar iclasında AMEA-nın İqtisadiyyat İnstitunun direktoru, professor İ.H.Alıyevin, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının  Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Tədqiqatlar İnstitunun direktoru professor Ə.X.Nuriyevin,  Sumqayıt Dövlət Universitetinin dosenti A.H.Tağıyevin və həmin universitetin dosenti Ş.T.Əliyevin çıxışları nəzərdə tutulub.

Çıxışlarda Azərbaycanın aqrar sektorunda inkişafın innovasiya modeli, Azərbaycan iqtisadiyyatının çoxşaxəli, innovasiya yönümlü inkişafı və müasirləşməsi strategiyası, Sumqayıtda fəaliyyətdə olan və yaradılacaq texniki parkların inkişafı problemləri, Azərbaycan iqtisadiyyatının innovasiyalaşdırılmasında xüsusi iqtisadi zonaların tətbiqinin mühüm aspektləri və s. mövzular əhatə olunacaq. Daha sonra konfrans bölmə iclaslarında işini davam etdirəcək.

 

Sumqayıt Dövlət Universitetinin mətbuat xidməti

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər