Menu
Geri İrəli

Ağır çanta qadınlarda bu xəstəlikləri yaradır – DİQQƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 115 dəfə • Şərh yoxdur

bag-big-bag-bracelets-brunette-chain-Favim.com-427798Gündəlik həyatda qadınların istifadə etdiyi böyük və ağır çantalar onların görünüşünə təsirsiz ötüşmür. Belə ki, xüsusilə son illərin dəbi olan böyük çantalara üstünlük verən xanımlarda bel ağrıları yaranır.

Mütəxəssislər qeyd edirlər ki, böyük və ağır çanta daşımaq, gərgin iş həyatı, ev işləri, həmçinin stress də bu ağrıları artırır. Hazırda dünyada gənc qadınların təxminən 20 faizi bu xəstəlikdən əziyyət çəkir və bunun səbəbkarı ağır və böyük çantalardır.

Mütəxəssislər qeyd edir ki, ağır çantaların yaratdığı fəsadlar təkcə ağrılarla kifayətlənmir. Bu, sonradan xanımlarda görünə biləcək bel əyrilikləri də yaradır. Həmçinin onurğa xəstəliyi, hərəkət ritminin dəyişməsi, vaxtından əvvəl bel bükülməsi kimi fəsadların səbəbi də ağır çantalardır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın