Menu
Geri İrəli

Alimlər üçölçülü süni ürək yaradıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 143 dəfə • Şərh yoxdur

urekİngiltərənin York Universitetinin alimləri üç müxtəlif tip ürək hüceyrəsini birləşdirməklə süni ürək toxuması hazırlayıblar.

SumqayitXeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, “Viaglue” adlanan bu toxuma sıxılan ürək-əzələ, bağlayıcı toxuma və damar hüceyrələrindən ibarətdir. Bu hüceyrələr yapışqan material vasitəsilə birləşdirilib. “Viaglue”yə elektrik şoku tətbiq olunan zaman hüceyrələr nəbz kimi vurmağa başlayır.

Əvvəllər yaradılmış iki və ya üçölçülü süni ürək toxumalarına elektrik şoku verilən zaman döyüntülər fasilələrlə müşahidə olunub.

York Universitetinin professoru Muhammed Yusuf diqqətə çatdırıb ki, “Viaglue” dərman testləri ilə yanaşı, ürək xəstəliklərinin araşdırılması və ürək köçürülməsi üçün faydalı olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın