Menu
Geri İrəli

“AQS Dental Center” tövsiyə edir: Ağız boşluğuna düzgün gigiyenik qulluğu necə etməli?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2017 • Baxış sayı: 503 dəfə • Şərh yoxdur
Share Button

gigyenik qulluqsumqayitxeber.com saytı ilə ”AQS dental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik. 

Bu dəfəki qonağımız “AQS Dental Center”in paradontologiya şöbəsinin müdiri həkim-stomotoloq Şəkər Nüsrətovadır. 

Şəkər Nüsrətova bildirdi ki, bəziləri dişlərin gigiyenası dedikdə gündə bir dəfə dişləri fırçalamağın kifayət olacağını düşünür. Amma əslində bu düzgün deyil.

Düzgün qulluq hər qida qəbulundan sonra dişlərin təmizlənməsidir:
1) səhər yeməyindən sonra fırçalamaq,
2) günorta nahardan sonra ağız yaxalamaq,
3) axşam yatmazdan əvvəl dişləri fırçalamaq, diş aralarını diş sapı ilə təmizləmək və ağız yaxalayıcı məhlullarla ağızı yaxalamaq lazımdır.

Ön dişləri yuxarıdan aşağıya hərəkət etdirərək, yan və arxa dişlərdə isə dairəvi hərəkət etdirməklə dişlər təmizlənməlidir.
Bunlar olunmadıqda bütün gecə boyu çirkli dişlərdə olan mikroblar ağız boşluğuna infeksiya yayır və dişlər vaxtından öncə çürüyür.
Bundan əlavə qida rasionunada fikir vermək verilməlidir. Yəni, sərt qidalar daha sıx istifadə edilməli, meyvələrin qabıqları soyulmadan dişlənib yeyilməlidir. Kök, alma, armud, heyva, xiyar və digər meyvə-tərəvəzləri dişləyərkən həm dişin üzəri təbii yolla təmizlənir, həm də diş əti masaj olunaraq, qan dövranını yaxşılaşdırır. Bu cür qulluq zamanı dişlər və diş əti qanla yaxşı təchiz olunduğundan dişlər sağlam və uzunömürlü olur.
Diş əti xəstəlikləri və problemləriniz varsa, “AQS Dental Center”ə müraciət edərək ətraflı məlumat və müalicə ala bilərsiniz.

Logo AQS medical 33

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın