Menu
Geri İrəli

“AQS dental center” tövsiyə edir: Bruksizm problemini necə aradan qaldırmalı?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2017 • Baxış sayı: 1,433 dəfə • Şərh yoxdur

xeber1sumqayitxeber.com saytı ilə ”AQS dental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik. 

 Bu dəfəki qonağımız “AQS dental center”in həkim-stomatoloqu Nuranə Mirzəyeva burksizmlə bağlı sualımızı cavablandırıb:

Burksizm alt və üst çənə dişlərinin bir birinə sürtülməsidir. Dişləri qıcamaq və ya bir -birinə sürtmək kimi bilinən bir vərdişdir.

Əsas yuxu zamanı yaranır və ağrı baş verənədək xəstənin bundan xəbəri olmur. Bu xəstələr yuxudan oyanarkən oynaqlarda çeynəmə əzələlərində, diş diblərində, hətta baş və boyun nahiyyəsində ağrı hiss edirlər.
Səbəbləri nədir?
-Diş sırasının, dişlərin qüsurları;
-Düzgün qoyulmamış plomb;
-Düzgün hazırlanmamış ortopedik konstruksiya (qapaq, protez və s.);
-Kiçik yaşlarda keçirilmiş bronxiol astma, allergik xəstəliklər;
-Günlük stres və s.

Müalicə olunmasa hansı fəsadlar törədə bilər?

Müalicə olunmadıqda dişin sərt toxumalarında aşınma, dişlərdə qırılma, diş əti problemləri, çənə sümüklərində ağrı kimi problemlər ola bilər. Hətta çənənin kilidlənməsi baş verə bilər.

Klinikamızda bununla əlaqədar müalicələr aşağda sıralanmışdır.
Müalicəsi:
1.Kappalar-qoruyucu xarakterli: yatmazdan əvvəl taxılır.
2.Sakitləşdirici terapiya.
3.Diş sırası, dişləm problemlərinin mülicəsi.
 Hər bir Sumqayıtlı, “AQS dental center”ə müraciət edərək daha ətrafli məlumat və müalicə ala bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın