Menu
Geri İrəli

“AQS dental center” tövsiyə edir: diş ərplərindən necə xilas olmalı?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Avqust 2017 • Baxış sayı: 1,487 dəfə • Şərh yoxdur
Share Button

Logo AQS medical 33sumqayitxeber.com saytı ilə ”AQS dental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik. 

Bu dəfəki qonağımız “AQS dental center”in Həkim paradontoloqu Şəkər Nüsrətovadır.

Diş daşı necə əmələ gəlir?

Qida qəbulundan sonra dişlər düzgün təmizlənmədikdə qidanın kiçik hissələri dişlərin boyun nahiyəsində və diş aralarında toplanır. Bu hissəciklər tüpürcəyin tərkibindəki minerallarla birləşərək sərtləşir və daşa çevrilir. Bu daşlar açıq sarı və ya ağ rəngdə olur.
Rəngli içkilər, kofe , tünd çay, qəhvə çox içdikdə və ya siqaret çəkdikdə daşlar tünd qəhvəyi rəngə çevrilir.
Bu xəstəmiz diş daşının çoxluğu, ağızdan xoşa gəlməz qoxunun gəlməsi və diş əti qanaması şikayəti ilə “AQS”  klinikamıza  müraciət etmişdir.
Xüsusi skeyler aparatı ilə diş daşları tam təmizlənib və xəstəyə gələcəkdə belə problemin olmaması üçün məsləhət verilib.
“AQS dental center”də diş daşları təmizləndikdən sonra xəstələr kontrolda saxlanılır ve periodik müayinəyə dəvət olunaraq məsləhətlərimizin həyata keçirilib-keçirilmədiyinə baxılır. Yəni xəstələrimiz mütamadi diqqət mərkəzində saxlanılır.

aqs-xeber2

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın