Menu
Geri İrəli

“AQS dental center” tövsiyə edir: diş əyriliklərinin mualicəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2017 • Baxış sayı: 915 dəfə • Şərh yoxdur
Share Button

aqs-mualice3sumqayitxeber.com saytı ilə ”AQS dental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik. 

Bu dəfəki qonağımız “AQS Dental Center”in uşaq şöbəsinin müdiri, Baş ortodontu Dr.Sedaqet Ağıyevadır. 

Dr.Sedaqet Tağıyeva mövzu ilə bağlı sumqayitxeber.com-la söhbəti zamanı bildirdi ki, ortodontiya diş-çənə anomaliyalarını və dişləm patologiyalarının yaranma və inkişaf qanunauyğunluqlarını öyrənir, eləcə də onların profilaktikası, diaqnostikası və müalicə-berpa tədbirlərinin təkmilləşdirilməsi ilə məşğul olur. Son illər diş-çənə anomaliyalarının yayılmasının genişlənməsi müşahidə olunur və bunun nəticəsi olaraq onların koreksiyasına  əhalinin ehtiyacı artır. Diş-çənə sistemindəki onomaliyalar yəni patoloji dişləm çeynemə zamanı dişlərin artıq təzyiqə məruz qalmasına onların laxlamasına, dişlərin boynun açılmasına nəticədə paradon  tozun ilk əlamətinin meydana gəlməsinə gətirir. Patoloji dişləm sifətin profil görkəminin pisləşməsini, gözəl görünməyən gülüşü, çəp dişlər yaradır ki, buda əhalinin həkim-ortodont müraciətinə səbəb olur.

Bütün dünyada olduğu kimi Azərbaycanda  da orotodontiya inkişaf edir. Bu inkişaf texnikanın son naliyyətlərindən bəhrələnən stomotoloji avadanlıqlarla təchiz klinikamıza da aiddir. Klinikaya müracəit eden xəstələr ilk olaraq oral müayinədən keçirilir.Burada onların ağız boşluğunda olan problemlər qeyd olunur. Ortodontik problemi olan xəstələrdə uğurlu nəticə əldə etmək üçün xəstələrdə aparılan ortodontik müayinələr dəqiq analiz olunmalı və müalicə planı seçilməlidir. Ortodontik müayinəyə ilk olaraq rentgen müayinəsi aiddir.Rentgen müayinəsi zamanı diş-çənə sisteminin vəziyyəti və inkişafı barədə məlumatı əldə etmək üçün klinikamız da normal rentgen ilə çəkilişdən  fərqli olaraq şüalanma dozası 2-3 dəfə aşağı olan rəqəmli panoram və sefolometrik rentgen cihazı qurulmuşdur. Müayinənin nəticəsi bir-başa kompyüterin monitoruna çıxır və ortodontiyaya lazım olan parometlər kompyuterin xüsusi proqramı vaistəsilə dəqiq hesablanır. Eləcə də digər müayinələr olan model və foto analizlər də klinikada aparılır. Bütün bunlar xəstələrin rahatlığı üçün  yəni heç bir yerə getmədən klinikamizda təşkil olunmuşdur.

Potologiyanın ağırlıq dərəcəsindən asılı olaraq müalicə mexaniki və funksional təsir göstərən aparatların və breketlerin vaistəsi ilə aparılır. Aparatlar breketlə müalicəyə hazırlıq mərhələsi hesab olunur. Yüngül potologiyalar da müalicə aparatların köməyi ilə bitmiş hesab olunur. Dişləmin orta-ağır patologiyalarında müalicə breketlə aparılır. Orta hesabla breketlə müalicə müddəti 1,5-2 ilə qədər davam edir. Lakin qeyd etmək lazimdir ki, müalicənin müddəti xəstənin yaşından, orqanizmin fərdi inkişaf xüsusiyyətlərindən, eləcədə diş-çənə sistemində olan anomaliyaların ağırlıq dərəcəsindən asılıdır.

Nəzərə alsaq ki, ortodontik problemlə müraciət edən xəstələr əksərən uşaqlar olur klinikamızda uşaqlar üçün daha ferqli şərait yaradılmışdır. Belə ki, müayinə olunan uşaqlar həkimin qəbuluna birbaşa daxil olmurlar. Onlar əvvəlcə uşaqlar üçün xüsusi zövqlə hazırlanmış uşaq otağına gətirilir. Burada onları pisixi hazırlamaq məqsədi ilə müxtəlif oyuncaqlar və əyləncəli oyunlar gözləyir. Uşaqlar sakit vəziyyətdə burada həkimin qəbuluna daxil olurlar. Həkim uşaqla işləyən zaman işə otaqda olan LCD ekranında canlandırılan cizgi filmi uşağın fikrini tam yayındırır. Buda uşaqların heç bir qorxu keçirmədən müalicə olunmasına xidmət edir. Klinikamızda ortodontiya istifadə olunan bütün materiallar və alətlər yüksək kefiyyətə malikdir. İstifadə olunan alətlər müasir standartlara uyğun şəkildə sterilləşdirilir və paketlənir bu isə hepatit, spid kimi ağır xəstəliklərin yayıldığı bir dövürdə əhalinin sağlamlığı üçün əvəzolunmazdır. Göründüyü kimi “AQS dental” kilinikası əhalinin etibarlı sağlamlığının keşiyində durur.

Logo AQS medical 33

aqs33

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın