Menu
Geri İrəli

“AQS dental center” tövsiyə edir: Inley və Onley – estetik restovrasiya üsulu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 502 dəfə • Şərh yoxdur
Share Button

aqs33sumqayitxeber.com saytı ilə ”AQS dental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik. 

Bu dəfəki qonağımız “AQS dental center”in  ”AQS dental center”in həkim-stomatoloqu Nuranə Mirzəyevadır. O, bizə estetik restavrasiya üsulu haqqında məlumat verdi: 

Restovrasiya diş tacının bərpası deməkdir. İnley və Onley diş tacının estetik restavrasiyası məqsədi ilə istifadə edilir.
Plomb və qapaq arası bir vasitədir. Plombla bərpa ediləcək qədər diş toxuması olmayan və qapaqla örtüləcək qədər zərər görməmiş dişlərə tətbiq olunan estetik bir vasitədir. Çox dağılan, siniri çıxmış dişlərdə çürük toxuması təmizləndikdən sonra yetərsiz diş toxuması qalır ki, bu da qonşu dişlərlə kontaktın yaradılmasını çətinləşdirir.
Qonşu dişlərlə kontakt olmadıqda isə yeyilən qidanın qalıqları diş arasına yığılır və diş ətində, diş toxumasında problemlər yaranmasına səbəb olur. İnley və Onley laboratoriyada model üzərində hazırlandığı üçün istənilən anatomik forma və kontakt asanlıqla əldə olunur. Ayrıca bu materiallar aşınma və çeynəmə təzyiqinə qarşı daha davamlıdır. Qapaqdan fərqli olaraq, diş ətinə heç bir qıcıqlandırıcı təsir etmir.
“AQS dental center”ə müraciət edərək restavrasiya problemləriniz olduğu zaman hər cür məsləhət və müalicə ala bilərsiniz.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın