Menu
Geri İrəli

”AQS Lab” tibbi analiz mərkəzi tövsiyə edir: Anemiya, yaxud qanazlığı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2017 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur
Share Button

Logo AQS medical 33sumqayitxeber.com saytı ilə ”AQS dental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik.

Bu dəfəki qonağımız həkim-laborant Məftunə Cəbişovadır.

Mütəxəssis saytımıza Anemiya  haqqında danışıb:

Anemiya qan azlığı deməkdir. Bu, qırmızı qan hüceyrələrinin sayının az olmasıdır. Eritrositlər daxilində olan hemoqlobinlə toxumalara oksigen daşıyan əsas maddədir. Orqanizmdə qırmızı qan hüceyrələrinin (eritrositlərin) azlığı bir çox fəsada gətirib çıxarır. Bunlardan ən önəmlisi də anemiyadır. Anemiya müxtəlif səbəblərdən yarana bilər. Bu patologiya anadan gəlmə və ya qazanılmış olur.
Anemiyanı yaradan bir çox səbəb var:
- Qidalanmanın zəifliyindən əmələ gələn anemiya
- Qan itirmə zamanı yaranan anemiya
- İrsi-genetik anemiya
- Dəmir defisitli anemiya
- Fol turşusu defisitli anemiya
- B12 defistli anemiya.
Anemiyanı araşdırmaq üçün müxtəlif laborator müayinələr aparılmalı, mütləq uzman hematoloq tərəfindən müalicə olunmalıdır.1508321365_qazƏn çox rastlanan anemiya dəmir defisitli anemiyadir. Anemiyanın istənilən formasını araşdırıb diaqnoz qoymaq üçün ”AQS Lab” tibbi analiz mərkəzində bütün müayinələr mövcuddur. (qanın ümumi analizi (QÜA) Dəmir (Fe), Ferritin, Dəmir birləşdirmə qabiliyyəti (TIBC) və s.) yoxlanılır. Bundan başqa B12 ve Fol turşusunun azlığı da anemiyanı yaradır. Əsasən hamilə qadınlarda anemiya varsa, mütləq şəkildə araşdırılıb müalicə aparılmalıdır. Əks halda uşaq anemiya ilə doğula bilər. Yaşam tərzimizə qidalanmamıza mütləq şəkildə nəzarət etməliyik ki, sonradan səhhətimizdə problemlər yaranmasın. ”AQS Lab” tibbi analiz mərkəzində, qısa vaxtda anemiya ilə əlaqədar bütün müayinələr edilir, diaqnoz qoyulur və müalicələr diaqnoza əsasən aparılır.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın