Menu
Geri İrəli

Arıqladan dərmanların fəsadı… – SUMQAYITDAN VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2017 • Baxış sayı: 161 dəfə • Şərh yoxdur
Share Button
dermanHər kəs ideal çəkidə olmaq istəyir. Lakin bunun üçün pəhriz saxlayıb idmanla məşğul olan azdır. Elə Coşqun Məmmədov da bu cür insanlardan biridir. Arıqlama istəyi onu müxtəlif preparatlardan istifadəyə sövq edib. Təxminən 10 gün ərzində heç bir həkim məsləhəti olmadan bu vasitələri qəbul edib.
Orqanizmindəki problemlər isə özünü çox gözlətməyib. Şəhərdə apardığımız soruğdan belə qənatə gəlmək olar ki, bu qəbildən olan dərmanlara daha çox xanımlar müraciət edir. Lakin təbii yollarla arıqlamağı üstün tutanlara da rast gəldik. Onlar bunu sağlamlıq baxımından əhəmiyyətli hesab edirlər. Ekspertlərin fikrincə, satışda olan belə vasitələr orqanizm üçün olduqca təhlükəlidir. Çünki birdən-birə verilən kilolar sonda böyük fəsadlara gətirib çıxara bilər. Ekspert qeyd edir ki, internet üzərindən alınan dərmanlara xüsusilə diqqət yetirilməlidir. Çünki… Hətta belə dərmanların qəbulu insanın ölümüylə nəticələnə bilər. Mütəxəssislər hər hansı bir problemlə qarşılaşmamaq üçün belə vasitələrdən uzaq durmağı tövsiyə edirlər.
Maraq üçün deyək ki, ABŞ-da hər il 20 min insan bu dərmanlar ucbatından təcili tibbi yardıma möhtac qalır. 2013-2014-cü illərdə həkimə müraciət edən xəstələrdən 3 min 667-də ürək problemlərinin xroniki hal aldığı müşahidə edilib. Belə ki, dərmandan daimi istifadə edənlərdə ürək döyüntüləri sürətlənir, sinədə ağrı hiss edilir. Bu cür hallarla qarşılaşmamaq üçün təbii üsullardan istifadə etmək məsləhət görülür.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın