Menu
Geri İrəli

Arıqlama dərmanlarının təhlükəli nəticələri

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyul 2016 • Baxış sayı: 669 dəfə • Şərh yoxdur

dermanlarArıqlama dərmanları daha çox qaraciyər, böyrəklər və bağırsaqlar üçün fəsadlar yaradır.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, bu dərmanlar qaraciyər və böyrək çatışmazlığı, bağırsaqda isə yara yarada bilər.

A.Maqsudov əlavə edib ki, bu fəsadlar dərmanlar uzun müddət qəbul edildiyi zaman özünü göstərir: “Bu dərmanları 2-3 gün içdikdə belə fəsadlar vermir, amma ən azı 1 ay, 1 ay yarım içildikdə fəsadlaşma başlayır”.

Həkim qeyd edib ki, arıqlama dərmanlarının fəsad yaratmaması üçün ilk növbədə həkimin təyinatı ilə qəbul edilməli və dərmanı qəbul edən şəxs vaxtaşırı müayinələrdən keçərək sağlamlıq vəziyyətini yoxlatdırmalıdır.

A.Maqsudov deyib ki, sırf arıqlama dərmanlarından baş verən zəhərlənmə ilə əlaqədar müraciət edən olmur: “Çünki burada zəhərlənmədən söhbət getmir. Bu dərmanlar onu qəbul edən şəxsdə əlavə təsirlər yarada bilər. Arıqlama dərmanlarını içənlər bizə adətən, məsləhət üçün müraciət edirlər ki, dərmanı içəndən sonra mədə, yaxud bağırsaqda narahatlıq yaranıb. Həkim də müayinələr aparıb məsləhət verir. Amma məsləhət üçün belə müraciət edənlərin də sayı çox olmur”.

A.Maqsudov əlavə edib ki, dərmanların əlavə təsirləri ilə əlaqədar hər ay mərkəzə 5-7 nəfər, bu il ərzində isə artıq 35 nəfər dərmanların əlavə təsirlərinə görə xəstəxanaya müraciət edib. Əlavə təsir yaradan bu dərmanlar əsasən, antibiotiklər və polivitaminlər olur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın