Menu
Geri İrəli

Azərbaycanda dərmanların qiymətləri ilə bağlı açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2015 • Baxış sayı: 584 dəfə • Şərh yoxdur
Share Button
aptek-4İqtisadiyyat və Sənaye Nazirliyi dərmanların qiyməti ilə bağlı məsələyə münasibət bildirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev lent.az-a deyib ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə nazirlik fevralın 21-dən etibarən qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq gücləndirilmiş nəzarət tədbirləri həyata keçirib: “Görülən işlərin nəticəsi olaraq əsas ərzaq məhsulları, o cümlədən dərman preparatları üzrə bazarda qiymətlər sabit və stabildir”.
“Apteklərdə satılan dərmanların qiyməti ilə bağlı istehlakçılar tərəfindən şikayət olubmu” sualına nazirlik rəsmisi belə cavab verib: “Manatın məzənnəsinin dəyişməsindən sonra istehlakçılar tərəfindən müəyyən müraciətlər olub”.
Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında dərmanların qiyməti ilə bağlı məsələyə toxunaraq, bunları bildirmişdi: “Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. dərman preparatlarının bazarı Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalıb. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir”.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın