Menu
Geri İrəli

Azərbaycanda ən çox hansı xəstəliklərin qeydə alındığı açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Yanvar 2017 • Baxış sayı: 423 dəfə • Şərh yoxdur

Azərbaycanda ən çox qeydə alınan xəstəliklərin siyahısı açıqlanıb.

Dövlət Statistika KomitəsindənAPA-ya verilən xəbərə görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Bununla yanaşı sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı bir qədər artıb.

Səhiyyənin prioritet sahələri olan ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə həyata keçirilən tədbirlər nəticəsində xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılıb. Ana və uşaqların sağlamlığının qorunması sahəsində qəbul olunmuş dövlət proqramları uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına yönəldilib.

İlkin məlumatlara əsasən 2017-ci ilin əvvəlinə ölkədə 32,6 min həkim və 55,0 min orta tibb işçisinin çalışdığı 559 xəstəxana və 1751 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 34 həkim və 57 orta tibb işçisi düşür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın