Menu
Geri İrəli

Azərbaycanda ən çox müşahidə olunan 3 xəstəlik

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 525 dəfə • Şərh yoxdur
Share Button

qanPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi başa çatdırılıb.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən “Qaynarinfo”ya verilən məlumata görə, əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin 15 fevraldan 15 mayadək aparılıb. Hesabat dövründə 5499863 nəfər müayinə edilib, onlardan 2640119 nəfər kişi və 2859744 nəfər qadın olub. Bakı şəhəri üzrə 1308329 nəfər tibbi profilaktik müayinələrdən keçib.

Respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfər əlavə müayinələrə cəlb olunub. 68427 nəfər dispanser nəzarətə alınıb, 27059 nəfər hospitalizasiya edilib.

Müayinəlar zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəs xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın