Menu
Geri İrəli

Azərbaycanda ilkə imza atıldı – 23 yaşlı qızın ağciyərini kəsdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2017 • Baxış sayı: 155 dəfə • Şərh yoxdur
Share Button
1506603810_dsc_0094Respublika Müalicə Diaqnostika mərkəzinin həkimi, cərrah Elmar Məmmədov Azərbaycanda unikal əməliyyat həyata keçirib.
Medicina.az xəbər verir ki, ölkəmizdə ilk dəfə ağciyərin kəsilib götürülməsi əməliyyatını uğurla başa vurub. Cərrah əməkdaşımızla söhbətində deyib ki, əməliyyatda 23 yaşlı qızın ağciyərinin sol payı əməliyyatla xaric olunub:
“Ağır vəziyyətdə xəstəxanaya çatdırılan pasiyentin sağ qalma şansı az idi. Əməliyyat çox riskli idi, çünki ürək damar və aortanın yerləşməsi maksimum ehtiyatlı olmağı tələb edirdi. Cərrahların peşəkarlığı sayəsində Azərbaycanda ilk dəfə ağciyərin kəsilib götürülməsi əməliyyatı uğurla başa çatdı. 4 gündən sonra pasiyent evə yazıldı. 15 gündən sonra o işinə qayıtdı və hazırda vəziyyəti yaxşıdır”.
Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox nadir tibb mərkəzlərində icra olunan əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərin icra etdiyi əməliyyat ölkə səhiyyəsinin son illərdə əldə etdiyi uğurlardan biridir.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın