Menu
Geri İrəli

Bakıda 46 min nəfərdə xəstəlik aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2014 • Baxış sayı: 536 dəfə • Şərh yoxdur

Verem-Xestesi

Sakinlərin daha çox hansı xəstəlikdən əziyyət çəkdikləri açıqlanıb

Bakı şəhər sakinlərinin icbari tibbi müayinəsi nəticəsində ortaya çıxan nəticələr və rəqəmlər açıqlanıb.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, tibbi müayinənin başlandığı fevralın 17-dən indiyədək 546 434 nəfər müayinədən keçib. Onun sözlərinə görə, bu müayinələr nəticəsində 46 499 nəfərdə xəstəlik aşkar olunub.

169 161 nəfərin digər tibbi müayinələrə cəlb olunduğunu deyən R. Nağıyev qeyd edib ki, müəyyən xəstəliklər aşkar olunmuş 10 778 nəfər dispanser nəzarətə götürülüb. Xəstələr arasında 1 500 nəfər xəstə sağlamlaşdırılıb, hazırda müalicələri davam edir: “2068 nəfər hospitallaşdırılıb və xəstəlikləri ilə əlaqədar müvafiq xəstəxanalara göndərilib. Xəstəliklər arasında sinir, qan-damar sistemi, həzm, mədə bağırsaq, tənəffüs sistemi, göz xəstəlikləri üstünlük təşkil edir”.

Qeyd edək ki, əhalinin icbari dispanserizasiyası ilkin olaraq 17 fevral – 1 may tarixlərini əhatə edir. Sonra bu iş bütün il boyu davam etdiriləcək. Müayinələr zamanı əhalinin müalicəsi ambulator və stasionar şəkildə təşkil olunacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın