Menu
Geri İrəli

Bakıda hər kəs şpirisi əldə edə bilir, Sumqayıtda yox? – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2013 • Baxış sayı: 455 dəfə • Şərh yoxdur

Büdcədən milyonlar ayrılır, dərmanlar alınır amma xəstələrə çatmır

«Bir ampulasını 5 manata aldığımız dərman indi 30 manat olub»

10 ilə yaxındır şəkər xəstəsiyəm. Qeydiyyata da düşmüşəm. Belə olan halda dərman və digər materialları mənə dövlət pulsuz verməlidir. Ancaq hər dəfə şpirisləri əldə etməklə bağlı problem yaşayıram. Dərmanları rahat verirlər, amma şpirisləri yox. Məcburam hər dəfə özüm alam. O da ki, 10 dənəsi 2 manat edir. Birini isə ancaq bircə dəfə istifadə etmək olur. Mənə də gündə 4-ü lazım olur. Hesablayanda ayda 30 manat şpirisə verməli oluram”, – deyir Sumqayıt sakini Ruslan Əliyev. 

R. Əliyev üzləşdiyi problemlə bağlı aidiyyatı orqanlara müraciət etdiyini, ancaq bunun heç bir nəticə vermədiyini söyləyir: “Lazımi yerlərə müraciət etmişəm. Hətta həkimim də bilir. O özü də mənə görə bir neçə dəfə zəng vurub iynələrin verilməsini xahiş edib. Ancaq hər dəfəsində şpris verilmir ki, verilmir. Necə olur ki, Bakıda hər kəs şpirisi əldə edə bilir, Sumqayıtda yox? Açığı bunlar hamısı yerli mafiyanın əlindədir. Onlar şprisləri bütün apteklərə paylayırlar. Ancaq Sumqayıtda təkcə mən yox, heç bir şəkər xəstəsi insulin şprisi əldə edə bilmir”.

Səhiyyə Nazirliyi isə deyir ki…

Səhiyyə Nazirliyinin saytında olan şəkərli diabet üzrə tədbirlər proqramında isə deyilir ki, “Şəkərli diabet üzrə Tədbirlər Proqramı” çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb. Qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artaraq 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

Büdcədən ayrılan vəsait

Xəstələrin pulsuz dərman təminatı üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi son illər artıb. 2012-ci il dövlət büdcəsində “Səhiyyə” bölməsi üzrə ayrılan ümumi vəsaitin 19.3 faizi, yaxud 127.4 milyon manatı dərman, sarğı ləvazimatları və materialların alınmasına yönəlib. Bu istiqamətdə dövlət büdcəsindən 2010-cu ildə 101, 2011-ci ildə 110, 2012-ci ildə isə 127.4 milyon manat ayrılıb.

Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrə 120-dən çox (http://sehiyye.gov.az/stasionar_derman_siyahi.html http://www.sehiyye.gov.az/odenisi_devlet_terefi nden.html.), imtiyazlı qruplara daxil olan xəstələrə isə 141 dərman preparatı və tibbi ləvazimatı (http://sehiyye.gov.az/imtiyazl_derman_preparatlar.html) pulsuz verilməlidir.
Dövlət proqramları təkcə şəkərli diabet xəstələrinin yox, leykemiyadan əziyyət çəkənlin də pulsuz dərmanlarla təminatını nəzərdə tutur. Amcaq dövlət hesabına verilən dərmanların çox az bir hissəsi Milli Onkologiya Mərkəzinin (MOM) saytında yer alıb. Siyahıda cəmi 120 adda dərman və tibbi ləvazimatları var. Ancaq bu dərmanların illik miqdarı göstərilməyib. Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı çərçivəsində dərman, sarğı ləvazimatları və materiallarının alınmasına 2010-ci ildə 11 milyon, 2011-ci ildə 14,3 milyon manat ayrılıb.

Hansı proseslərdən keçməklə xəstələr pulsuz dərmanlarla təmin olunur?

Hemotoloq Gülbəniz Quliyeva “Bizim Yol”-a pulsuz dərmanların verilməsi prosesi barədə məlumat verdi. O, əvvəlcə xəstələrin gəlib qeydiyyata düşdüklərini, sonra isə vəziyyətlərindən asılı olaraq stasionar və ya ambulator şəraitdə ya xəstəxanda yatdıqlarını, ya da dərman preparatları ilə təmin olunduqlarını deyir: “Hər iki halda xəstələr bütün lazımi dərmanlarla təmin olunur. Bəzi hallarda bir dərman və ya yarım dərman müvəqqəti olaraq olmur. Bizə gəlməsində problem olur ya da olmur ümumiyyətlə. Ancaq ümumilikdə böyük bir problemimiz yaranmır. Adətən biz dərmanları iki aydan bir alırıq. Xəstə bizə daxil olur və biz onları dərmanla təmin edirik”.

“Azərbaycanda onkoloji xəstələr 99 faiz preparatlarla təmin olunurlar”

Gülbəniz Quliyeva bütün dünyada istifadə edilən proqramlardan istifadə etdiklərini və xəstələri bu standart proqramlar çərçivəsində müalicə etdiklərini söyləyir:
“Hər proqramın özünəuyğun dərmanları olur. Ondan kənara çıxmırıq. Xəstə ağırlaşan zaman dərmanların dozasını qaldırırıq. Amma adi halda dəyişikliklər olunmur. Protokolda nə yazılıbsa ona uyğun müalicə olunur. Azərbaycanda onkoloji xəstələr 99 faiz preparatlarla təmin olunurlar”.

“Bu gün onkoloji xəstə uşaqlar dərmanalarla təmin olunmurlar”

Əlillərin Dizayn Mərkəzinin rəhbəri Solmaz Əzizova isə deyir ki, dünyanın heç bir yerində onkoloji xəstələr dərmanların tamamilə təmin olunmurlar:
“Bütün dərmanlarla təmin edilə də bilməzlər. Gərək onda ölkə fəaliyyətini dayandırıb sırf dərman almağa xidmət etsin. Amerika, Almaniya kimi ölkələr 62-64 faiz dərmanla təmin olunur. Bizim SSRİ ölkələrində Belarus və Ukrayna da 50-52 faizdir. Digər ölkələrdə, bu göstərici 40 faizi keçmir. Çox təəssüflər olsun ki, bu gün onkoloji xəstə uşaqlar dərmanalarla təmin olunmurlar. Ümumiyyətlə, fevral ayından apteklərdə dərmanlar tapılmır. Üstəlik, qiymətlər qalxıb. Bir ampulasını 5 manata aldığımız dərman indi 30 manat olub. Milli Onkologiya İnstitutunda uşaqların dərmanla təmin edilməsi çox da pis deyil. Amma qanköçürmə insitutunda belə bir şey yoxdur”.

O ki qaldı, ciddi xəstəlikdən əziyyət çəkməyən vətəndaşların dərman preparatları ilə təminatına, Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikasının əhalisinə zəmanətli tibbi yardımın təmin edilməsi” barədə 1 Dekabr 2005- ci il, 141 saylı əmrinə əsasən bütün tibb müəssisələrində əhaliyə göstərilən zəmanətli tibbi xidmət, müayinələr və göstərilən dərman preparatları ilə müalicə pulsuzdur. Xəstələrə aşağıdakı dərman preparatlarının və sarğı materiallarının ödənişi dövlət tərəfindən həyata keçirilir.

Gülər Mehdizadə
Aysel İsgəndərli

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın