Menu
Geri İrəli

Bakıda növbəti “AÇIQ QAPI”: 40 nəfərdən yuxarı əlil pulsuz tibbi müayinə olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2016 • Baxış sayı: 497 dəfə • Şərh yoxdur

“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin (ƏSTİB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlamlıq Marafonu” çərçivəsində növbəti “AÇIQ QAPI” xeyriyyə aksiyası keçirilib. Aksiya çərçivəsində Bakıda fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində imkansız və əlilliyi olan Quba rayon sakinlərinin təmənnasız tam tibbi müayinəsi reallaşdırılıb.
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin Mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə tədbirdə çıxış edən ictimai birliyinin sədri Mirzə Məmmədvəliyev rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb, həyata keçirilən layihələrdən və gələcək planlardan bəhs edib. M. Məmmədvəliyev qeyd edib ki, Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin dəstəyi ilə indiyə kimi 1000-ə yaxın fiziki əngəlli insan müayinə edilib və onların müalicələrinin təşkili üçün müvafiq addımlar atılıb. M. Məmmədvəliyev Quba rayonunda fiziki əngəlli insanların cəmiyyətə inteqrasiyası, sosial rifah hallarının yaxşılaşdırılması, həmçinin ehtiyacı olan insanların arabalarla təchiz edilməsi istiqamətində səy göstərəcəklərini vurğulayıb. İctimai birliyin sədri marafonun bundan sonra bütün bölgələr üzrə keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Ömər Abdullayev hər bir insanın əlillərə qarşı diqqət və qayğısının vacibliyindən danışıb. Ö. Abdullayev ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillərində daim dövlətin qayğısı ilə əhatə olunduğunu və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb. O, bildirib ki, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Sektor müdiri xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu söyləyib.
Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin rəhbəri Aleksandr Şapiro-Suliman isə mərkəzin xeyriyyəçilik fəaliyyətindən danışıb və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Mərkəz rəhbəri söyləyib ki, müxtəlif xəstəlikləri olan əlilliyi olan insanların yüksək səviyyədə müayinəsi həmin insanlarda həyata inam hissini artırır. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də çıxışında fiziki əngəlli insanlara göstərilən diqqət və qayğıdan, eləcə də bu sahədə həyata keçirilən xeyriyyə aksiyalarının vacib əhəmiyyətindən söz açıb.
Sonra aksiyaya start verilib. Aksiya zamanı 40 nəfərdən yuxarı əlilliyi olan şəxs pulsuz olaraq tam tibbi müayinədən keçirilib.
Qeyd edək ki, Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi və Azərbaycan – İsrail Tibb Mərkəzi ənənələrinə sadiq qalaraq ilkə imza atıb,hümanistlik missiyasını davamlı reallaşdırmaqdadır və bu qəbil xeyriyyəçilik tədbirlərində əlilliyi olan şəxslərlə bərabər Azərbaycanımızın müstəqilliyi uğrunda sağlamlığını itirmiş çoxsaylı müharibə iştirakçısı qazilərimiz də faydalanmasına şərait yaratmaqdadır.
Xatırladaq ki, bundan öncə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayonundan olan 22 nəfər fiziki əngəlli insan pulsuz tibbi müayinədən keçib. Məlumat üçün bildirək ki, ötən ilin iyul ayından start verilən “Sağlamlıq Marafonu” çərçivəsində “AÇIQ QAPI” xeyriyyə aksiyasında 1000-ə yaxın fiziki əngəlli insan müayinə edilib və onların müalicələrinin təşkili üçün müvafiq addımlar atılıb.









 - See more at: http://xeberle.com/az/view/19335/bakda-nvbeti-aiq-qapi-40-neferden-yuxar-elil-pulsuz-tibbi-mayine-olundu/?#sthash.D90hkHdE.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın