Menu
Geri İrəli

Bəd xəbər: bu qadın xəstəliyi kişilərdə də görülür

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2014 • Baxış sayı: 760 dəfə • Şərh yoxdur

dos_xercengi_kisilerde_1764x700__1__e3a573d0156ca9cd71435936472ac949

Türkiyənin Bülənt Əcəvit Universitetinin Tətbiqetmə və Araşdırma xəstəxanasının mütəxəssisləri tərəfindən aparılan araşdırma maraqlı nəticələri ilə diqqət çəkib. “Kişi və qadınlarda müşahidə edilən əsas xəstəliklər” mövzusunda aparılan araşdırmada məlum olub ki, döş xərçəngi kişilərdə də rast gəlinən xəstəliklərdən hesab edilir. Bu vaxta qədərki tibbi müayinələrdə əsasən qadın xəstəliyi kimi göstərilən bu xəstəliyin kişilər arasında yayılma ehtimalı da mümkündür.

 

Mütəxəssislərin sözlərinə görə, qadınlarla müqayisədə kişilər arasında bu xəstəliyə rast gəlinmə faizi aşağı olsa da, bütün bunlar heç də kişilərin ondan sığortalandığı anlamına gəlmir.

 

Həkimlərin sözlərinə görə, kişilər bu xəstəliyə yoluxan zaman xəstəliyin ilkin simptomları qadınlardan fərqlənir. Bu zaman əllə toxunulduğu vaxt döş toxumalarında müəyyən şişlik, sərtləşmə müşahidə edilir. Bu kimi hallarla bağlı hər hansısa şikayəti olan və xəstəliyin qarşısını tez almaq istəyən kişilərin tez zamanda həkim nəzarətindən keçməsi mütləq sayılır. Vaxtında müdaxilə edilmədiyi halda xəstəliyin daha kəskin fəsadlarının ortaya çıxma ehtimalı qeyd edilir.

 

Qeyd edək ki, bu gün hər 8-10 qadından biri sinə xərçəngindən əziyyət çəkir. Həkimə vaxtından gec müraciət edildiyi halda bu xəstəlik qadınlarda sinənin kəsilib götürülməsi ilə nəticələnir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın