Menu
Geri İrəli

Botoks təhlükəlidir?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2015 • Baxış sayı: 366 dəfə • Şərh yoxdur

gunay-

Günay Əliyeva

Botoks necə təsir edir?

Botoks yeridildiyi əzələlərin zəifləməsi ilə təsir edir. Üz əzələləri yığılan zaman onun ətrafındakı dəri qırışlar əmələ gətirir. Əzələlər zəiflədikdə isə qırışlar yoxa çıxır.

Botoksun təsiri nə qədər davam edir?

Botoksun effekti 3- 6 ay davam edir.

İnyeksiyalar nə dərəcədə təhlükəsizdir? Botoksun təsirini necə uzatmaq olar? İlk inyeksiyadan sonra hansı tezlikdə botoksdan istifadə etməlisiniz? Botoksdan cəmi neçə dəfə istifadə etmək olar?

Təcrübəli həkim tərəfindən yeridilirsə, botoks çox təhlükəsizdir.

Bəzi Sink əlavələri botoksun təsirini uzada bilər.

Qırışlarınız qayıdan kimi siz yenidən botoks inyeksiyası edə bilərsiniz. Ala biləcəyiniz botoks inyeksiyalarının limiti yoxdur. Hər halda, orqanizminizin immune sistemi botoks molekulasını zərərsizləşdirən anticisimlər istehsal edir və gələcəkdə onun təsiri itir.

Botoks inyeksiyalarını dayandırdıqda geri effekt baş verirmi?

Yox, botoksun təsiri bitdikdən sonra əzələlər əvvəlki fəaliyyətlərinə qayıdırlar.

Botoks ağrıdırmı?

Xeyr, botoks inyeksiyası ağrılı deyil. Ağrı yalnız iynə batırılan zaman hiss olunur. Nazik iynələrlə edilən zaman isə dözümlülük yüksək olur. Müəyyən həcmdə maye dəri altına yeridilən zaman istər-istəməz bəzi sinir ucları qıcıqlanır. Bu zaman hər bir insanın ağrıya dözümlülük dərəcəsi müxtəlif ola bilər.

Nəticəni görmək üçün neçə inyeksiya etmək lazımdır?

İnyeksiya düzgün olunubsa, artıq ilk iynədən sonra nəticəni görmək olar. 2-3 gündən sonra əzələ üzərində botoksun təsirini hiss edəcəksiniz. Maksimum 10-14 gündən sonra son nəticə əldə olunacaq və bu effekt 3 ay və daha çox davam edə bilər.

Botoks inyeksiyaları kim tərəfindən vurulmalıdır?

Botoks reseptlə yazılan dərmandır və o, həkim və estetik cərrah tərəfindən vurula bilər.

Doğrudur, nə qədər çox botoks vursam, bir o qədər ona az ehtiyacım olacaq?

Bu, həqiqətən də, bir çox həkimlərin müzakirə mövzusuna çevrilib. Məsələ burasındadır ki, hər zaman fəaliyyətsiz qalan əzələlər getdikcə atrofiyaya uğrayır və ola bilər ki, sizə getdikcə daha az botoks lazım olsun.

Prosedur üçün anesteziya istifadə edilirmi? Mən iynələrdən çox qorxuram.

Bəzi həkimlər üz dərisini keyləşdirici gel ilə ağrısızlaşdırırlar. Bu zaman iynənin yeridilməsi daha ağrısız olur.

İlk inyeksiyadan sonra və ya vaxtaşırı botoksdan istifadə etməsəm nə olar? Müalicəyə başlamazdan əvvəlki görüntümdən daha pis vəziyyət yarana bilərmi?

Bəzi insanlar deyir ki, başlasan, bir daha dayana bilməyəcəksən.

Botoksun təsiri bitdikdən sonra, əvvəlcədən sahib olduğunuz qırışlar geri dönəcək. Lakin botoks sizin qırışları daha pis etmir. Dayana bilməməyinizə yeganə səbəb – qırışsız üzünüzü görəndən sonra bir daha qırışların geri dönməsini istəməməniz ola bilər. Lakin arzuladığınız hər bir zaman botoks inyeksiyalarını dayandıra bilərsiniz.

Qeyd: Amerika Oftalmoloqlar Akademiyasının üzvü – cərrah-oftalmoloq Günay Əliyeva digər yazıları və onunla əlaqə üçün bu ünvana müraciət edin:

www.eyeclinic.az

https://www.facebook.com/OftalmoloqcerrahDr.GunayAlieva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın