Menu
Geri İrəli

Çox sadə üsulla orqanizminizi zərərli maddələrdən xilas edin –FAYDALI MƏSLƏHƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2017 • Baxış sayı: 225 dəfə • Şərh yoxdur
Share Button

yasil-cayOrqanizmin normal fəaliyyəti üçün onu toksinlərdən qorumaq, daxili orqanları vaxtaşırı zərərli maddələrdən təmizləmək vacib şərtlərdən biridir. Qədim zamanlardan bu günə kimi orqanizmin təmizlənməsi üçün xalq təbabətində bir sıra üsullar mövcuddur.

 

Dünyaca məşhur olan loğmanlar və təbiblər müxtəlif cövhərlərdən, dəmləmələrdən, içkilərdən istifadə etməyi tövsiyə ediblər. Ən başlıcası isə tövsiyyə olunan vasitələrin təbii qida məhsillarından ibarət olmasıdır.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.

 

Alma, limon qabığı və zəncəfildən hazırlanan içkinin mücbət təsiri elə ilk gün müşahidə olunur. Bu möcüzəvi içki orqanizmi toksinlərdən tam təmizləməyə qadirdir. Onu hazırlamaq üçün aşağıdakılar lazımdır:

 

1. 1 ədəd limonun qabığı

2. 3-4 ədəd orta ölçülü alma

3. Uzunluğu 2-3 sm. olan təzə zəncəfil

 

Qeyd olunan məhsullar əvvəlcə xırda-xırda doğranılır, sonra hamısı birgə blenderdə qarışdırılır. Alınan kütlə süzülür. Beləliklə möcüzəvi içki istifadə üçün hazır olur.

 

Alma, limon qabığı və zəncəfildən hazırlanan bu möcüzəvi içki bütün orqanları toksinlərdən tam təmizləməklə yanaşı həm də orqanizmə aşağıdakı müsbət təsirləri də göstərir:

 

Orqanizmin immun sistemi güclənərək xəstəliklərə qarşı müqaviməti artır,

İtirilmiş enerji bərpa olunur,

Orqanizmin vitaminlərə olan tələbatının bir qismi ödənilir,

Həzm sisteminin fəaliyyəti yaxşılaşır,

Qan dövranı normallaşır.

 

Bu möcüzəvi içkini səhərlər acqarnına içmək tövsiyə edilir. Onun səhərlər boş mədəyə qəbul edilməsi effektini ikiqat artırmış olur.

 

Bu içkidən istifadə etməzdən qabaq həkimlə məsləhətləşməyi unutmayın.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın