Menu
Geri İrəli

Dərmanların qiymətlərini telefon və planşetlərdən izləyə bilərsiniz

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 550 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanda satışda olan dərmanların qiymətlərini telefon və planşet vasitəsilə də öyrənmək mümkün olacaq.

ANS PRESS-in məlumatına görə, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.

Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif Şurasının www.tariff.gov.az saytının “Dərman vasitələri” bölməsində “pdf” formatında yerləşdirilib.

Bu isə, həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır.

Yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.telefon

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın