Menu
Geri İrəli

Dərmansız pomidoru necə seçək? – DİQQƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2017 • Baxış sayı: 714 dəfə • Şərh yoxdur

758736Yay aylarında ən çox meyvə-tərəvəzlərə üstünlük verilir. Bu həm də ona görədir ki, il boyu orqanizm özünü kənar təsirlərə qarşı güclü hiss etsin.

Təəssüflər olsun ki, satışdakı hər məhsul təbii şəraitdə yetişdirilmir. Bəzi məhsulların toxumları GMO tərkiblidir. Bu da məhsulun uzun müddət xarab olmaması, həşəratların zədələməməsi və görünüşü gözəgəlimli olduğu üçün satıcıya sərf edir.

Bu gün satışdakı pomidorlar qırmızı, xoş, parıltılı görünə bilər. Ancaq  barmaqla üzərinə sıxdıqda iz qalarsa,  bu pomidorun natural  formada yetişdirilmədiyindən xəbər verir. Natural məhsulu kəsərkən onun dərhal suyu çıxmalıdır. Diqqət etmisinizsə, bəzi limon və portağalı kəsdikdə heç şirəsi çıxmır. Ona görə hər məhsulu öz mövsümündə almaq məsləhətdir.

Tahirə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın