Menu
Geri İrəli

Dövlət xəstəxanalarının idarəçiliyi dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2016 • Baxış sayı: 343 dəfə • Şərh yoxdur

xestexanaYanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə veriləcək.

Agentlikdən Publika.az-a daxil olan məlumata görə, qurumun tabeliyinə verilən dövlət müəssisələri arasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisnadır. Qalan dövlət səhiyyə müəssiələri pilot layihə müddətində Agentliyin tabeliyinə verilib.

Yanvarın 1-dən pilot layihə başa çatanadək həmin qurumların maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Agentlik həyata keçirəcək. Fərmanın əsas məqsədi icbari tibbi sığortanın pilot olaraq sınaqdan keçirilməsinin təşkili, müvafiq araşdırma və təhlillərin yerində aparılması, pilot layihənin gedişatına bilavasitə nəzarət edilməsi və bununla bağlı digər işlərin vahid mərkəzdən idarə edilməsindən ibarətdir.

Agentliyin qarşısında duran əsas vəzifələr pilot ərazilərdəki tibbi xidmət şəbəkəsindən və resurslardan səmərəli istifadə etmək, əhaliyə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir.

Qeyd edək ki, bu proses Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 29 noyabr 2016-cı il tarixli 1127 saylı Fərmana əsasən həyata keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın